Erməniləri ifşa edən ERMƏNİLƏR
Azərbaycan özünün zəngin musiqi irsi ilə Şərqin nadir mədəniyyət beşiklərindən biridir. Minilliklərə dayanan musiqi ənənələrimiz, xüsusilə muğam, aşıq sənəti, xalq mahnıları və rəqslərimiz regionda fərqlənən bir irs formalaşdırıb. Təəssüflər olsun ki, bu zəngin irsimizin müxtəlif nümunələri uzun illər boyu erməni dairələri tərəfindən mənimsənilərək, dünyaya özgə adlarla təqdim olunub.
Araşdırmalar göstərir ki, bu gün “Youtube” platforması ermənilər tərəfindən yağmalanmış Azərbaycan musiqilərilə doludur. Kifayət qədər fakt sadalamaq olar: “Sarı gəlin”, “Tut ağacı”, “Sənə də qalmaz”, “Neyləyim”, “Məktəb illəri”, “Ninnə yarım”, “Saçlarına gül düzüm”, “Aman Tello” və s.
Ermənilərin Azərbaycan musiqi və mahnılarını mənimsəməsi sadəcə fərdi təşəbbüslərlə yox, sistemli şəkildə həyata keçirilmiş bir mədəni saxtakarlıq siyasətidir.
Azərbaycan alimlərinin, sənət adamlarının və dövlət qurumlarının apardığı ardıcıl mübarizə nəticəsində bu cəhdlərin bir çoxu iflasa uğrayıb. Amma erməni saxtakarlığı və plagiatlığı sərhəd tanımadan çalışır və mənimsəmələr davam edir.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Əqli Müılkiyyət Təşkilatına erməni plagiatçılığı ilə bağlı çox müraciətlər ünvanlayıb. Bu müraciətlər mütəxəssis rəyləri, sübutedici sənədlər və tarixi mənbələr əsasında tərtib edilib.
Agentliyin bəyanatında deyilir ki, ermənilər XVII–XVII əsrlərdən başlayaraq, Azərbaycanın musiqi irsini sistemli və davamlı şəkildə mənimsəyib və “özəlləşdiriblər”. Onlar Qərbi Azərbaycan torpaqlarına yerləşdikdən dərhal sonra bizim folklor nümunələrimizi kütləvi şəkildə toplayıb, erməni əlifbasının transkripsiyasında yazıb, öz dillərinə tərcümə edib, arxivlərdə yerləşdirib və gündəlik həyatda geniş yaymağa başlayıblar. Plagiatçılıq halları bu gün də davam edir.
Maraqlıdır ki, bu nankor millətin elə öz təmsilçiləri – bəzi məşhur erməni xadimlər də ayrı-ayrı zamanlarda “mədəniyyət oğurluğu”nu etiraf ediblər.
Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov bu etirafları “Gəldim, gördüm, mənimsədim” adlı kitabçada toplamaqla üç dildə – Azərbaycan, rus və ingilis dillərində çap etdirib.
Məşhur ermənilərin Azərbaycan musiqisini mənimsəmələrinə dair bəzi etirafları ilə tanış olaq:
Xaçatur Abovyan (müasir erməni ədəbiyyatının banisi, yazıçı, pedaqoq): “…ermənilər ancaq türkcə oxuyurlar”, “…ermənilərin mahnı ilə dastanları yoxdur”.
Stepanos Palasanyan (tanınmış ədəbiyyatşünas): “Bizim mahnıların motivləri fərqlənir …və ümumiyyətlə, biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik”. (“Армянские напевы”, С.Петербург, 1868, на армянском языке).
M.Nalbandyan (yazıçı, tənqidçi, filosof: “… Buna baxmayaraq, əksər musiqi və nəğmələr türklərdən [azərbaycanlılardan] götürülüb. Mən ermənilərin yaşadığı çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu günədək mən buna nail olmamışam”. («О древних стихах и напевах», Полное собрание сочинений, I т.).
S.P.Məlikyan (xalq musiqisinin toplayıcısı): “Erməni musiqisi müxtəlif mədəniyyətlərin təsirinin nizamsız yığınıdır”. (М.Мурадян, “Из истории армяно-русских музыкальных связей XIX-XX вв.”).
S.P.Məlikyan: “Erməni musiqisi orijinal deyil, Komitas isə yalnız musiqi üzrə etnoqrafdır”. (С.Меликян, “Ширакских песен”, два выпуска “Ванских песен”).
A.Spendiarov: “Opera üçün musiqi materialı qismində mənə xalq havaları lazım idi. Bəzi şeyləri şəxsən özüm qələmə aldım, mənə lazım olan nəğmələrin yazıldığı çoxlu qrammofon valları və onların işlənmiş, həmçinin N.F.Tiqranovun əsərlərindən ibarət nəşr olunmuş toplularını əldə etdim. Bu böyük materialda N.F.Tiqranovun yazıları parlaq surətdə fərqlənirdi, öz operamda onların üzərində bir neçə orkestr epizodları qurdum. Beləliklə, birinci tamaşadakı fars marşı üçün “Heydəri”ni və “Novruz ərəbi”ndən parçaları, böyük rəqs Almast üçün tamamilə “Kəndirbaz” nəğmələrini istifadə etdim”. (Гумреци, “Н.Ф.Тигранов и музыка Востока”, Л., 1927).
N.Tiqranov: “…A.Spendiarovun not yazılmış kitabçasında çoxlu qeydlər var… bir sıra muğamların yazısı var: “Mahur”, “Rast”, “Çahargah”, “Şüşdər”, “Kürd Şahnaz”. Bu yazıların əksəriyyəti Spendiarov tərəfindən öz əsərlərində istifadə olunub”. (Н.Тигранов, “А.Спендиаров”, М., “Музыка”, 1971).
“Arşın mal alan” niyə bu qədər sevilirdi? Artıq 2 ildən çoxdur ki, erməni səhnəsində böyük uğur qazanan türk [Azərbaycan] operettası – “Arşın mal alan” həm də erməni ziyalıları arasında böyük maraq doğurur. Dünən mən “Artist cəmiyyəti” (Tiflis şəhəri) teatrında Q.Yeritsyanın truppasının ifasında bu əsərin növbəti tamaşasına baxdım. Bu dəfə də zal əhalinin orta təbəqəsindən olan tamaşaçılarla dolmuşdu.
Onlardan başqa, zalda çoxlu zabitlər, ziyalı nümayəndələri, hətta ingilis missioner cənab Mak Kamma Adonis və cənab Qipokbekyan da iştirak edirdilər… Mən tamaşanı sona qədər izlədim və mənə aydın oldu ki, qədim dövrlərdən bəri türklərlə qonşuluqda yaşayan və onlarla daimi ünsiyyətdə olan erməni xalqı niyə “Arşın mal alan”a bu qədər ləzzətlə baxır. Zənnimcə, biz xalqa [ermənilərə] bu tamaşaya sonsuz olaraq baxmağı qadağan edə bilmərik… Buna baxmayaraq, bir çox psixoloji səbəblərlə əlaqədar bu əsər erməni xalqının diqqətini cəlb edəcəkdir. Ermənilər əsrlər boyu türk-tatarların və farsların əsarəti altında yaşayıblar. Onların qulaqları tar və kamança səsləri ilə doldurulub. Ona görə də şərq musiqisi erməni xalqının cisminə və qanına hopub”. (Армянская газета “Мшаг”, Тбилиси, 3 сентября 1916).
“Əsrlərin yaradıcılıq nümunələri – Azərbaycan atalar sözləri və nağılları, mahnılar və musiqi həmişə ermənilər üçün doğma olmuşdur. Epik xalq qəhrəmanı Koroğlu, xalqın düşmənlərinə, xanlara və bəylərə qarşı mübarizə apararaq, eyni dərəcədə bizim erməniləri də mübarizəyə ruhlandırmışdır. Tarix boyu aşıqlarımız bizə doğma olan mahnıları elə həmin sazda Azərbaycan dilində ifa etmişlər”. (Газета “Советакан Айастан”, 1938, 20 апреля, на армянском языке).
Ovanec Tumanyan: “Tatar [Azərbaycan] mahnılarından danışmaq – bu hələ başlıcası deyil. Bir çox mahnılar əfsanəvi xüsusiyyətə malikdir, elə bil bu mahnılar bizə bəlli olmayan dövrlərdən gəlib çatan və naməlum xanəndələrin ifa etdikləri böyük poemalardan fraqmentlərdir. Məsələn, Koroğlu və onun atı haqqında mahnı”. (О.Туманян. “Саят-Нова”. Ереван, 1945, стр.13, на армянском языке).
A.Zeynalov
Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.