Qarabağ

“Qarabağ” AvroLiqanın 1/8 finalına ÇIXDI

“Qarabağ” AvroLiqanın 1/8 finalına ÇIXDI
23Fervral 202401:10

“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

Azlist.az xəbər verir ki, Ağdam təmsilçisi Bakıda Portuqaliyanın “Braqa” klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubu 57-ci dəqiqədə meydanda azlıqda qalıb. Elvin Cəfərquliyev ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. Hesab isə 70-ci dəqiqədə açılıb. Rocer Fernandes braqalıları önə keçirib. 83-cü dəqiqədə Alvaro Calo ikinci topu Azərbaycan çempionunun qapısından keçirib. Əsas vaxtda başqa qol olmayıb və ümumi hesab bərabərləşib - 4:4. Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. 103-cü dəqiqədə "Qarabağ"ın müdafiəçisi Mateus Silva fərqi minimuma endirib - 1:2. Qonaqlar 115-ci dəqiqədə Simon Banzanın penaltidən vurduğu qolla komandasının üstünlüyünü yenidən artırıb. Matçda son nöqtəni isə 120+2-ci dəqiqədə Nəriman Axundzadə qoyub.

Səfərdəki ilk matçda rəqibinə 4:2 hesabı ilə qalib gələn "Qarabağ" iki görüşün nəticəsinə əsasən tarixində ilk dəfə 1/8 finala vəsiqə əldə edib.

Türkiyədəki ilk matçda Praqa "Sparta"sına 3:2 hesabı ilə qalib gələn "Qalatasaray" səfərdə rəqibinə 1:4 hesabı ilə uduzaraq avrokuboklarla vidalaşıb.

"Qarabağ" və Çexiyanın "Sparta" klubu ilə yanaşı, İtaliyanın "Milan", Portuqaliyanın "Benfika" və "Sportinq", Almaniyanın "Frayburq", Fransanın "Marsel" və İtaliyanın "Roma" klubları da1/8 finala yüksəliblər.

Bu komandalar növbəti raundda İtaliyanın "Atalanta", İngiltərənin "Brayton", "Liverpul" və "Vest Hem", Almaniyanın "Bayer", Şotlandiyanın "Reyncers", Çexiyanın "Slaviya" (Praqa) və İspaniyanın "Vilyarreal" kollektivlərinə qoşulacaqlar.

 
Fevralın 23-də Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
AvroLiqada 1/8 finalın ilk oyunları 7 mart tarixində, cavab görüşləri isə 14 mart tarixində keçiriləcək.