Qarabağ

“Qarabağ” Bakıda “Bayer”lə heç-heçə etdi

“Qarabağ” Bakıda “Bayer”lə heç-heçə etdi
7Mart 202423:50

UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ" Almaniyanın "Bayer" komandasını qəbul edib.

Azlist.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. 

Hesabı 26-cı dəqiqədə Yassin Benzia açıb. Olavio Juninyo 45+2-ci dəqiqədə rəqibi növbəti dəfə cəzalandırıb. 70-ci dəqiqədə Florian Vrits fərqi minimuma endirib. 

Matçın yekun nəticəsini 90+2-ci dəqiqədə Patrik Şik müəyyənləşdirib. 

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın 14-də Leverkuzendə baş tutacaq.