Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzi BAĞLANIR
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq.
Azlist.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuat müşaviri, kontr-admiral Zeki Aktürk brifinqdə bildirib.
Onun sözlərinə görə, Mərkəzin fəaliyyətinin dayandırılması istiqamətində Azərbaycan və Rusiya ilə koordinasiyalı qaydada iş aparılır:
“Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memorandumla Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini tamamlamaq üçün proses Rusiya Federasiyası və Azərbaycan ilə koordinasiyalı şəkildə davam etdirilir”.
Qeyd edək ki, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi yaratmaq barədə anlaşma memorandumu imzalayıblar.
Mərkəz 2021-ci il yanvarın 30-dan etibarən fəaliyyət göstərməyə başlayıb.
Monitorinq Mərkəzinin türkiyəli heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı heyətinə isə general-mayor Viktor Fedoreko rəhbərlik edir.