Qarabağ

Daha 10 erməni hərbçinin cəsədi təhvil verildi

Daha 10 erməni hərbçinin cəsədi təhvil verildi
27Oktyabr 202222:38

Azərbaycan Ermənistan ordusunun 10 hərbçisinin meyitini qarşı tərəfə təhvil verib.

Azlist.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. 

Nazirlik rəsmisi deyib ki, meyitlər ekspertizaya göndərilib.  

Xatırladaq ki, bundan əvvəl 133 erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verilmişdi. Meyitləri tapılan Ermənistan ordusunun hərbi qulluqçuları sentyabr döyüşlərində zərərsizləşdirilib.