III Sektor

2025-in qrant müsabiqəsinə verilən layihələrin sayı açıqlandı

2025-in qrant müsabiqəsinə verilən layihələrin sayı açıqlandı
26Dekabr 202412:32

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi qrant müsabiqələrinə müraciətlərin sayı açıqlanıb.

Agentlikdən Azlist.az-a verilən məlumata görə, qramt müsabiqələrinə layihə qəbulu 25 noyabr-25 dekabr tarixləri arasında aparılıb.

Bir ay müddətində Agentliyə 768 layihə təklifi daxil olub.

“Ötən il olduğu kimi, bu il də yüksək fəallıq qeydə alınıb”, - Agentlikdən bildirilib.
 

Bölgü bu şəkildə formalaşıb:
 

Kiçik qrant müsabiqəsi - 518 layihə;

Orta qrant müsabiqəsi - 170 layihə;

Böyük qrant müsabiqəsi - 80 layihə.
 

Yaxın 1 ay ərzində texniki ekspertiza nəticələri bütün QHT-lərə müvafiq elekton sistem vasitəsilə bildiriləcək. Texniki ekspertiza mərhələsindən uğurla keçən layihələri müstəqil ekspert qrupu yoxlayacaq. Bundan sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası müstəqil ekspertiza nəticələrinə əsaslanmaqla, kollegial müzakirələr apararaq qalibləri müəyyən edəcək.

Qaliblərin adları 2025-ci ilin I rübü ərzində elan olunacaq.