III Sektor

QHT Agentliyi Müşahidə Şurasının yeni tərkibi - SİYAHI

QHT Agentliyi Müşahidə Şurasının yeni tərkibi - SİYAHI
30Dekabr 202516:46

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib.

Azlist.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibi aşağıdakı kimi olacaq:

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin İdarə Heyətinin üzvü

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü".

Müşahidə Şurasında təmsil olunan qurumlar artıq təmsilçilərini təqdim edib. Yeni tərkibin üzvləri aşağıdakı şəxslərdir:

Müşahidə Şurasının sədri 4 il müddətində seçiləcək.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin media məsələləri üzrə meneceri Ülviyyə Qarayeva bildirib:

“Bundan sonra Müşahidə Şurası daxili qərarlarla Agentliyin İdarə Heyətini və onun tərkibini formalaşdıracaq. Bildiyiniz kimi, artıq “icraçı direktor” vəzifəsi ləğv olundu. İdarə Heyəti 3 nəfərdən ibarət olacaq, bura sədr və onun 2 müavini daxildir. Agentlikdə yeni struktur formalaşdırılacaq”.

Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir, ildə 2 dəfədən az olmayaraq, iclaslarını keçirməlidir.

Ü.Qarayeva onu da açıqlayıb ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasında da Agentliyi yeni nümayəndələr təmsil edəcək.