Xəbər Xətti
Azərbaycanda 109 yeni QHT qeydiyyata alınıb
2025-ci ildə Azərbaycanda 109 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb.
Azlist.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2025-ci ilə dair hesabatında bildirilib.
Rəsmi məlumata görə, ötən il müxtəlif mənbələrdən vətəndaş cəmiyyəti institutlarına (qeyri-hökumət təşkilatlarına) 455,5 milyon manata yaxın qrant, ianə və xidmət müqavilələri üzrə maliyyə vəsaiti ayrılıb.