Qarabağ

Kəlbəcərdə 8 nəfər minaya düşdü, 1-i həlak oldu 

Kəlbəcərdə 8 nəfər minaya düşdü, 1-i həlak oldu 
14Dekabr 202222:20

Dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Azlist.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə məlumatında qeyd olunub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, onların təxliyəsilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə ölüb. 

Müdafiə Nazirliyindən verilən məlumata görə, Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində mina partlayışı nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümbətov Zöhrab Məhəmməd oğludurş

Şəhid hərbçi Tovuz rayonundandır. Onun ailəsi rayonun Aşağı Quşçu kəndində yaşayır.

Zöhrab Hümbətov 10 ildən çox idi hərbçi idi. Şəhidin 3 övladı var.