Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum: ölən və yaralananlar var

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum: ölən və yaralananlar var
27Yanvar 202310:54

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrandakı səfirliyimizə hücumla bağlı açıqlama yayıb.

Azlist.az xəbər verir ki, XİN-in məlumatına görə, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. 

Rəsmi məlumatda qeyd olunub ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. 

Hazırda xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək. 

Allah şəhidimizə rəhmət eləsin!