Qarabağ

Ruben Vardandan istefaya GÖNDƏRİLDİ

Ruben Vardandan istefaya GÖNDƏRİLDİ
23Fervral 202316:37

Qarabağ separatçılarının qonadrma “dövlət naziri” Ruben Vardanyan istefaya göndərilib.

Azlist.az xəbər verir ki, bu barədə Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan fevralın 23-də keçirdiyi toplantıda bildirib.

Vardanyanın yerinə separatçıların qondarma “baş prokuroru” Qurgen Nersisyan gətirilib.

Ruben Vardanyan qonadrma “dövlət naziri postu”na 2022-ci il noyabrın 4-də təyin edilmişdi.

Xatırladaq ki, rəsmi Bakı Vardanyanın Qarabağı tərk etməsini tələb edib.

Bir neçə gün öncə Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev Azərbaycanın Qarabağın erməni icmasının nümayəndələri ilə paraktiki ünsiyyətə başlamağa hazır olduğunu vurğulayıb.

"Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin", - deyə Prezident İlham Əliyev bildirmişdi.