Qarabağ

Bakıdan rəsmi cavab gözləyirik - Paşinyan

Bakıdan rəsmi cavab gözləyirik - Paşinyan
1Mart 202318:39

"İrəvan sülh müqaviləsi layihəsi, sərhədlərin delimitasiyası və demarkasiyası komissiyasının işinin reqlamenti ilə bağlı təkliflərinə rəsmi Bakının cavabını gözləyir".

Azlist.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib. 

O bildirib ki, Ermənistan tərəfi müqavilənin mətni ilə bağlı təklifləri fevralda təqdim edib:

"Hələ ki cavab yoxdur. Amma bunu normal hesab edirəm, çünki cavab hazırlamaq üçün vaxt lazımdır. Müqavilə üzərində iş gedir və bu, şəxsi görüşlərdən asılı olmayaraq davam edir. Lazımi sənədlər hazırlanır və bunun üçün şəxsi danışıqlara ehtiyac yoxdur". 

"Regional kommunikasiyalar və sərhəddə təhlükəsizliyin təmin edilməsi ilə bağlı təkliflər qüvvədə qalır", - deyə Paşinyan əlavə edib.