III Sektor

Agentlik daha bir qrant müsabiqəsi elan etdi

Agentlik daha bir qrant müsabiqəsi elan etdi
5Mart 202301:24

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edib.

Azlist.az xəbər verir ki, müsabiqədə iştirak üçün ərizə və layihə təklifləri https://ngogrant.az/post/64008dba88899d58a21c999a proqramı vasitəsi ilə qəbul ediləcək.

Nəzərinizə çatdırırıq ki, müsabiqə üzrə ərizələrin qəbulu 02 mart 2023-cü il tarixdən 24 mart 2023-cü il saat 18.00-dək müddəti əhatə edir.