Qarabağ

Qarabağda 3 erməni diversant MƏHV EDİLDİ

Qarabağda 3 erməni diversant MƏHV EDİLDİ
5Mart 202314:50

Ermənilər Qarabağda üç diversant itkisini etiraf ediblər.

Azlist.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, təxribat nəticəsində polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan və leytenant Ararat Qasparyan Azərbaycanın operativ qüvvələrinin cavab atəşi ilə məhv edilib.

Daha bir leytenant - David Hovsepyan isə güllə yarası alıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 5-də səhər saatlarında Azərbaycan hərbçiləri Şuşa rayonunun Xəlfəli kəndi ərazisində Qarabağdakı separatçı tör-töküntülərinin təxribatının qarşısını alıb.