Qarabağ

Minaya düşən hərbçimiz şəhid olub

Minaya düşən hərbçimiz şəhid olub
6Mart 202309:00

Azərbaycan Ordusunun daha hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub. 1995-ci il təvəllüdlü Kamran Hüseynovun Neftçala rayonundan olduğu bildirilir.

Azlist.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!