III Sektor

QHT Agentliyinin rəsmiləri BMT-nin tədbirində...

QHT Agentliyinin rəsmiləri BMT-nin tədbirində...
14Mart 202320:21

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Agentliyin Beynəlxalq məsələlər üzrə nümayəndəsi Toğrul Məmmədli BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyasında iştirak etmək məqsədilə İsveçrənin Cenevre şəhərinə səfər ediblər.

Azlist.az xəbər verir ki, səfər çərçivəsində Agentliyin heyəti sessiyada iştirak edəcək, eyni zamanda BMT-nin Cenevrə ofisinin rəhbər şəxsləri ilə, BMT-nin İnkişaf proqramı, BMT-nin ətraf mühit üzrə ofisi, BMT-nin Davamlı İnkişaf üzrə laboratoriyası və digər təsisatlarla görüşlər keçirəcəklər.