Qarabağ

Ağdamda mina partladı - iki nəfər ÖLDÜ

Ağdamda mina partladı - iki nəfər ÖLDÜ
16Mart 202313:08

Ağdam rayonunun Yusifcanlı kənd ərazisində sakinlər mina partlayışı nəticəsində həyatlarını itiriblər.  

AzEdu.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. 

1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.  

Həlak olanların hər ikisi evlidir. Amid Həsənovun 3, İsrail Həsənovun iki övladı var. Onlar təsərrüfatla məşğul olublar. Hadisə heyvan otararkən baş verib. Ehtiyatsızlıqdan minanın üzərinə çıxıblar. Partlayış zamanı yerindəcə keçiniblər.

Araşdırma aparılır.