III Sektor

QHT Agentliyi Anım günü ziyarəti təşkil edib

QHT Agentliyi Anım günü ziyarəti təşkil edib
26Sentyabr 202213:00

Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “27 sentyabr Anım Günü” ilə bağlı Ulu Öndər Heydər Əliyevin məzarına, 2-ci Fəxri və Şəhidlər xiyabanlarına ziyarət təşkil edilib.

Azlist.az-ın xəbərinə görə, ziyarətdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Müşahidə Şurasının üzvləri, Agentliyin əməkdaşları, 500-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi iştirak edib.

Ziyarət iştirakçıları Ulu öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri qoyublar.

Dünya hərb tarixinə həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

 

Müəllifin digər yazıları

QHT-lərlə bağlı yeni təkliflər hazırlanır

QHT-lərlə bağlı yeni təkliflər hazırlanır

Oktyabrın 12-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının Agentliyin qarşısında qoyulan bəzi konseptual vəzifələr barədə təkliflərin hazırlanması üzrə işçi qrupunun onlayn iclası keçirilib.Azlist.az xəbər ve

QHT rəhbərləri mina təhlükəsi ilə bağlı bəyanat verib

QHT rəhbərləri mina təhlükəsi ilə bağlı bəyanat verib

Son üç gündə 2 nəfər mülki şəxs minaya düşərək həlak olub, 4 nəfər isə ağır yaralanıb. Azərbaycanda mina təhlükəsi ilə mübarizə proqramında çalışan Qeyri-Hökumət Təşkilatları beynəlxalq təşkilatlara son günlər ökləmizdə baş verən mina hadisələri ilə bağlı bəyanat ünvanlayıb.

Azlist