Qarabağ

Cəbrayılın Şükürbəyli kəndində söküntü işləri başlayıb - FOTO

Cəbrayılın Şükürbəyli kəndində söküntü işləri başlayıb - FOTO
9Aprel 202312:26

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin dağıntıların qalıqlarından təmizlənməsi işlərinə başlanılıb.

Azlist.az xəbər verir ki, kəndin ərazisinin təmizlənməsinə cəlb edilən ağır texnika vasitəsilə hazırda intensiv işlər həyata keçirilir.

Xatırladaq ki, Prezident İlham Əliyev Cəbrayılın şükürbəyli kənid ilə bağlı 20 sentyabr 2022-ci il tarixində müvafiq sərəncam imzalayıb.

Həmin sərəncamla Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Azlist.az saytı Şükürbəyli kəndindən bu gün – aprelin 9-da çəkilmiş ən yeni fotonu təqdim edir: 




Aşağıdakı video kənd işğaldan azad edilərkən - 2020-ci iln 7 oktyabrında lentə alınıb.