Ermənilər azərbaycanlı əsgərə işgəncə verib - FOTO
Azərbaycan Ordusunun Naxçıvanda istiqamətində itkin düşən əsgəri Hüseyn Əhliman oğlu Axundov Ermənistan ərazisində - Zəngəzur bölgəsində saxlanılıb.
Azlist.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində azərbaycanlı əsgərin foto və videoları yayılıb.
Kadrlardan görünür ki, Hüseyn Axundov Ermənistanda saxlanıldıqdan sonra amansız işgəncələrə məruz qalıb.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki hərbçisi əsgərlər - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsgərlərin azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət edib.