Qarabağ

Müharibədən sonra Qarabağda 142 nəfər mina qurbanı olub

Müharibədən sonra Qarabağda 142 nəfər mina qurbanı olub
13Aprel 202322:07

İşğaldan azad edilmiş ərazilərdə aparılan davamlı fəaliyyət nəticəsində mülki təyanatlı torpaqların, viran edilmiş yaşayış məskənləri, məzarlıqlar, bağlar, su mənbələrinin ətrafı və digər sosial-iqtisadi əhəmiyyət kəsb edən ərazilərin minalarla yüksək səviyyədə çirkləndiyi müəyyən edilib. 

Azlist.az xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib. 

Müharibədən sonrakı dövrdə mina partlayışından xəsarət alan 290 nəfər vətəndaşımızdan 142 nəfəri məhz belə ərazilərdə baş vermiş partlayışlar nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb.