III Sektor
QHT Agentliyi müsabiqə elan etdi

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə qrant müsabiqəsi elan edir.
Azlist.az-ın məlumatına görə, Agentlikdən bildirilib ki, müsabiqə üzrə ərizələrin qəbulu cari ilin oktyabrın 6-17-də saat 18:00-a dək müddəti əhatə edir.
Qeyd edək ki, müsabiqədə iştirak üçün ərizə və layihə təklifləri https://ngogrant.az/ proqramı vasitəsi ilə qəbul ediləcək.