Azərbaycan sərhədçiləri Laçın yolunun girişində erməniləri belə yoxlayır - VİDEO

Azərbaycan sərhədçiləri Laçın yolunun girişində erməniləri belə yoxlayır - VİDEO
30Aprel 202323:30

Azərbaycanın Laçın-Xankəndi yolunun girişində yaratdığı nəzarət-buraxılış məntəqəsində avtomobillərin keçidi üçün normal rejim təmin edilib.

Azlist.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə avtomobillərin nəzarət-buraxılış məntəqəsindən keçidi üçün normal rejim yaradıldığı, Azərbaycan sərhədçilərinin yüksək peşəkarlıq nümayiş etdirdiyi əks olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Sərhəd Xidməti (DSX) Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulduğunu açıqlayıb. DSX məntəqənin üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə yaradıldığını bəyan edib.