III Sektor

Xarici QHT-lər azərbaycanlı itkinlərlə əlaqədar BMT-yə müraciət etdi

Xarici QHT-lər azərbaycanlı itkinlərlə əlaqədar BMT-yə müraciət etdi
30Avqust 202320:00

Bir qrup xarici qeyri-hökumət təşkilatı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

Azlist.az xəbər verir ki, müraciətdə Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş azərbaycanlıların tapılması üçün səyləri artırmağa çağırılıb.

"Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları birgə bəyanat verərək, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş minlərlə azərbaycanlı barədə təcili tədbirlər görülməsi üçün beynəlxalq ictimaiyyətə müraciət edirik.

Yaranmış vəziyyət itkin düşmüş şəxslər probleminin həlli və onların ailələrinə yardımın göstərilməsi üçün beynəlxalq səylərə təcili ehtiyac olduğunu nümayiş etdirir.

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın hərbi təcavüzü nəticəsində birinci Qarabağ müharibəsi zamanı ümumilikdə 3890 azərbaycanlı rəsmi olaraq itkin kimi qeydə alınıb. Onların 3171-i hərbi qulluqçu, 719-u isə mülki şəxslər olub. Təəssüflər olsun ki, mülki şəxslərdən 71-i uşaq, 267-si qadın, 326-sı qoca olub.

İçərisində 29 nəfər uşaq, 98 nəfər qadın və 112 nəfər ahıl olmaqla, itkinlərin 872 nəfəri ya girov götürülüb, ya da xəstə və ahıl olduqları üçün ərazini tərk edə bilməyiblər. Ürək ağrıdan da odur ki, bəzi hallarda bütün ailələr, nəsillər qohumları ilə birlikdə yoxa çıxıb.

Bundan başqa, İkinci Qarabağ Müharibəsi zamanı 6 nəfər azərbaycanlı itkin düşüb, onların harada olması və taleyi ilə bağlı bu günə qədər heç bir məlumat yoxdur", - müraciətdə deyilir.

Biz Ermənistanı Birinci Qarabağ müharibəsi zamanı işgəncə düşərgələrində işgəncələrə, qeyri-insani rəftara və ölümə məruz qalmış 4000 azərbaycanlının dəfn olunduğu kütləvi məzarlıqların coğrafi koordinatlarını verməyə çağırırıq.

Biz BQXK-nı itkin düşmüş azərbaycanlıların taleyini və harada olduqlarını aydınlaşdırmaq üçün səyləri artırmağa və bu məqsədlə Ermənistanla dialoqa getməyə çağırırıq.

Biz İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanı (ICMP) 1-ci və 2-ci Qarabağ müharibələri zamanı itkin düşmüş azərbaycanlıların müəyyən edilməsinə və onların taleyi ilə bağlı məlumatların əldə edilməsinə diqqəti artırmağa çağırırıq.

Biz beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanı itkin düşmüş şəxslərlə bağlı məlumatları təcili açıqlamağa, kütləvi məzarlıqların yerlərini təqdim etməyə çağırsın.

Biz BMT-yə müraciət edirik ki, BMT-nin itkin düşmüş şəxslər üzrə Xüsusi Məruzəçisi institutu yaradılsın və Məruzəçi bu qlobal problemi, hələ də sonrakı taleyi məlum olmayan itkin şəxslərlə bağlı problemlərin həllinə töhfə versin".

Müraciəti imzalayıblar:

Ayşa Hafizoviç Hadcimeşiç, “Srebrenitsa anaları və Jepa Anklavı” İctimai Birliyi, Bosniya və Herseqovina;

Petsi Stillo, “Sağlamlıq Tərəfdaşları”, ABŞ;

Eliud Emeri, “Keniya Öt Kökləri Təşkilatlarının Konsorsiumu”, Keniya;

Adv Məhəmməd Buks, “Sukaar Rifah Təşkilatı”, Pakistan;

Piter Oviti, “WOTE” Gənclərin Layihələrinin İnkişafı Təşkilatı, Keniya;

Risikat Abimbola Akevula, “Nigeriya Ekoloji Cəmiyyəti”, Nigeriya;

Mohmad Hüseyn Loun, “İnsan Hüquqları üzrə Beynəlxalq Komissiya”, Hindistan;

Lindokule Sibiya, “Gənclər və Qadınlar Dəyişikliklər üçün Təşkilatı”, Esvatini;

Ridhivani Sadiqi, “Keniyanın inkişafı üzrə Vətəndaş Şəbəkəsi”, Keniya;

Hote Kasonqo İlunqa, ““Biso” İnsanlar”, Konqo Demokratik Respublikası