Qarabağ

Kəlbəcər istiqamətində döyüş - 4 erməni hərbçi məhv edildi 

Kəlbəcər istiqamətində döyüş - 4 erməni hərbçi məhv edildi 
1Sentyabr 202317:30

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutub.  

Azlist.az xəbər verir ki, Azərbaycan ordusunun qətiyyətli cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi zərərsizləşdirilib.

Məlumatı Ermənistan Müdafiə Nazirliyi də təsdiq edib. Qeyd olunub ki, cavab tədbirləri nətiəsində daha bir erməni hərbçi yaralanıb. Sosial şəbəkələrin erməni seqmentində ölü və yaralıların daha çox olduğu bildirilir. 

Qeyd edək ki, bundan əvvəl iki erməni hərbçinin - Andranik Antonyan və Arsen Mkrtçyanın zərərsizləşdirilməsi barədə məlumat yayılmışdı.

Ermənistanın təxribatı nəticəsində 3 hərbçimiz yaralanıb. 

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, yaranmış gərginliyə və onun fəsadlarına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. 

***

Sentyabrın 1-də Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərginləşib.

Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Azlist.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Azərbaycan Ordusu Ermənistanın hərbi təxribatına qətiyyətli cavab verib.

Görülən tədbirlər nəticəsində iki erməni əsgər məhv edilib, biri yaralanıb.
 

Ordumuzin cavab zərbəsi Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki mövqelərinə hədəflənib. 

Məlumatı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib.
 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda bildirilir ki, Ordumuzun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinin atəşə tutulması nəticəsində üç hərbi qulluqçumuz yaralanıb.