Binəli Yıldırım və Şamil Ayrım Qarabağda qəzaya düşdü
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım və parlamentin deputatı Şamil Ayrım Qarabağda qəzaya düşüblər.
Azlist.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün Tvitter səhifəsində məlumat yayıb.
Türkiyəli siyasətçilərin olduğu avtomobilin Zəngilan hava limanı istiqamətində qəzaya uğradığı bildirilir.
Türkiyə mətbuatının məlumatına görə, B.Yıldırım və Ş.Ayrımın vəziyyəti yaxşıdır, onlar nəzarət məqsədilə həkim qruplarının müşayiəti altında helikopterlə Bakıya xəstəxanaya aparılıb.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Binəli Yıldırımı və Şamil Ayrımı xəstəxanada ziyarət edib.
Səfir Tivterdə “bütün həkimlər, səhiyyə işçiləri diqqətlidir. Onların səhhətinin yaxşı olduğu barədə məlumat aldıq. Ən xoş arzularımızı çatdırırıq”, - deyə bildirib.
Binəli Yıldırımın özü də Tvitterdə "Allaha şükürlər olsun, vəziyyətimiz yaxşıdır" yazıb.