Rəsmi

Azərbaycanda növbədənkənar Prezident seçkiləri KEÇİRİLƏCƏK

Azərbaycanda növbədənkənar Prezident seçkiləri KEÇİRİLƏCƏK
7Dekabr 202314:40

Prezident İlham Əliyev Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.

Azlist.az xəbər verir ki, bu sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasında sonuncu Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilmişdi.