Rəsmi
Azərbaycanda növbədənkənar Prezident seçkiləri KEÇİRİLƏCƏK
Prezident İlham Əliyev Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.
Azlist.az xəbər verir ki, bu sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasında sonuncu Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilmişdi.