Prezident seçkisində 7 namizəd yarışacaq - ADLAR
Mərkəzi Seçki Komissiyası (MSK) 7 fevralda keçiriləcək növbədənkənar seçkilərə buraxılan prezidentliyə namizədlərin qeydə alınmasını yekunlaşdırıb,
Azlist.az xəbər verir ki, MSK növbədənkənar prezident seçkilərində iştirak edəcək 7 nəfərin namizədləyini qeydə alıb.
Bunlar aşağıdakı şəxslərdir:
İlham Əliyev – namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;
Fazil Mustafa – namizədliyi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülüb;
Qüdrət Həsənquliyev – namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;
Elşad Musayev – namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;
Fuad Əliyev – namizədliyi özü tərəfindən irəli sürülüb;
Zahid Oruc - namizədliyi özü tərəfindən irəli sürülüb;
Razi Nurullayev – namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülüb.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.