Xəbər Xətti

Əliyev-Putin-Paşinyan görüşünün vaxtı və yeri açıqlandı

Əliyev-Putin-Paşinyan görüşünün vaxtı və yeri açıqlandı
26Oktyabr 202212:42

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın  Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü oktyabrın 31-də Soçi şəhərində keçiriləcək.

Azlist.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli jurnalistlərə açıqlamasında deyib. 

Erməni spiker Nikol Paşinyanın Soçiyə səfər edəcəyini təsdiqləyib. 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderlərini Moskvaya dəvət edib. Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova mətbuata açıqlamasında bildirib ki, prezidentlərin iştirakı ilə üçtərəfli və ikitərəfli görüşlərin keçirilməsi, aktual mövzular ətrafında müzakirələrin aparılması planlaşdırılır. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Moskvanın üçtərəfli görüşə hazırlaşdığını vurğulayıb.