Rəsmi

Sərhəddə atışma - Ermənistanın 2 hərbçisi ÖLDÜ

Sərhəddə atışma - Ermənistanın 2 hərbçisi ÖLDÜ
13Fervral 202409:28

Fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyi isə fevralın 13-də səhər saatlarında 2 hərbçisinin öldüyünü, yaralıların olduğunu bildirib.

Azlist.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Nerkin-And istiqamətində baş verib.

Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.