Xəbər Xətti

Kamil Zeynallı sərbəst BURAXILDI

Kamil Zeynallı sərbəst BURAXILDI
21Fervral 202415:35

Moskvada saxlanılan azərbaycanlı idmançı Kamil Zeynallı sərbəst buraxılıb.

Azlist.az xəbər verir ki, bu barədə Kamil Zeynallının vəkili Ələkbər Qarayev bildirib.

İdmançının bu gün Bakıya geri qayıdacağı bildirilir.

Qeyd edək ki, Kamil Zeynallı ötən gecə Ermənistanın tələbi ilə Moskvada saxlanılmışdı.

Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirmişdi ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır.  

Sosial şəbəkələrdə onun saxlanılması ilə bağlı protokol paylaşılıb. Protokola görə, K.Zeynallıya qarşı Ermənistan Cinayət Məcəlləsinin 135.1 .1 (insanlıq əleyhinə cinayətlər, qətl), 135.1.6 (işgəncə), 135.1.11 (insan sağlamlığına ciddi ziyan vuran və ya ağır iztirablara səbəb olan digər qeyri-insani əməllər), 140.2.2 (Beynəlxalq silahlı münaqişə və ya beynəlxalq olmayan silahlı münaqişə zamanı heç kəsi sağ qoymamaq barədə əmr vermək və ya belə bir əmrlə hədələmək), 147.1 (muzdlu cəlb etmək) və 149.1 (təcavüzün planlaşdırılması, hazırlanması, təşəbbüsü və ya həyata keçirilməsi) maddələri ilə ittiham irəli sürülüb.