Xəbər Xətti

Ermənistan azərbaycanlı hərbçini QAYTARDI

Ermənistan azərbaycanlı hərbçini QAYTARDI
5Mart 202416:05

Laçında əlverişsiz hava şəraitində azaraq Ermənistan tərəfinə adlayan hərbçimiz Ruslan Pənahov Azərbaycana təhvil verilib. 

Azlist.az-ın məlumatına görə, o, artıq Bakıya gətirilib. 

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Daha sonra onu Ermənistan hərbçiləri saxlayıblar. 

Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ("sərhədi qanunsuz keçmək", "silah gəzdirmək" və s.) ittiham olunduğunu bildirib. 

Dünən Ermənistan İstintaq Komitəsi azərbaycanlı hərbçi ilə bağlı cinayət təqibinə xitam verib.