Xəbər Xətti

Xocalıda qalıqları tapılan 7 nəfərin cənazəsi dəfn edildi

Xocalıda qalıqları tapılan 7 nəfərin cənazəsi dəfn edildi
31Mart 202421:54

Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin cənazəsi martın 31-də Xocalıda yeni salınan Şəhidlər xiyabanında dəfn edilib.

Azlist.az xəbər verir ki, dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qalıqları dəfn olunan şəxslər aşağıdakılardı:

1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933;
2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933;
3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974;
4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935;
5. Cavadov Əli Müsül oğlu - 15.06.1954;
6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955;
7. Nəcəfov Şiraslan Qəmiş oğlu - 1952-ci il təvəllüdlü.