Rəsmi

Prezident Administrasiyası Hərbi məsələlər şöbəsinin yeni müdiri KİMDİR...

Prezident Administrasiyası Hərbi məsələlər şöbəsinin yeni müdiri KİMDİR...
22May 202416:10

Azərbaycan Prezidenti İlham Əliyev Prezident Administrasiyanın Hərbi məsələlər şöbəsinə müdir təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Azlist.az-ın məlumatına görə, bu vəzifəyə Fərid Mirmufid oğlu Seyidov təyin edilib.

Fərid Mirmufid oğlu Seyidov bu il yanvarın 11-də Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsi müdirinin müavini təyin edilib. O, həmin gündən şöbə sədrinin də vəzifələrini icra edib. 

Qeyd edək ki, sözügedən vəzifəni ötən ilin dekabr ayına kimi Məhərrəm Əliyev tutub. O, 2023-cü ilin dekabrın 9-da vəzifəsindən azad edilərək Belarusda fövqəladə və səlahiyyətli səfir təyin olunub.