Xəbər Xətti

Qazaxın azad edilən kəndlərində bayrağımız qaldırıldı - VİDEO

Qazaxın azad edilən kəndlərində bayrağımız qaldırıldı - VİDEO
24May 202415:47

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub.

Azlist.az xəbər verir ki, Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağı ucaldılıb.

15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə deliomitasiya komissiyalarının növbəti 9-cu görüşü keçirilib, Texniki Protokol razılaşdırılıb və bu barədə müvafiq sənəd mzalanıb.

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.