Rəsmi

Prezident icra başçısnı işdən çıxardı

Prezident icra başçısnı işdən çıxardı
6İyun 202413:58

Asif Əzizağa oğlu Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Azlist.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 

Ağayev Asif 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olib. 1988-ci ildə V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib. 

O, 2013–2018-ci illərdə isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

YAP-ın üzvüdür. Evlidir, 2 övladı var. 

Qeyd edək ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovu da vəzifəsindən azad edib.