Qarabağ separatçılarının istintaqı yekunlaşdı - Məhkəmə olacaq
Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma “qurum”un separatçı rəhbərləri barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.
Azlist.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumata görə, bunu Baş prokuror Kamran Əliyev Xankəndi şəhərində keçirilən "Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq- mühafizə tədbirlərinin rolu” mövzusunda elmi-praktik konfransda deyib.
O bildirib ki, artıq 15 nəfərlə bağlı aparılan ibtidai istintaq başa çatıb:
“Ölkə daxili qanunlar və beynəlxalq konvensiyalarının tələblərin uyğun olaraq onların bütün hüquqları təmin olunub. Onlar vəkil və tərcüməçi ilə təmin olunublar. Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanışolma mərhələsi başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək"