Xəbər Xətti

Azərbaycanda xüsusi karantin rejimi UZADILDI

Azərbaycanda xüsusi karantin rejimi UZADILDI
24İyun 202415:12

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. 

Azlist.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. 

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb. 

Qeyd edək ki, bundan əvvəl bu müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.