Xəbər Xətti
Azərbaycan erməni naziri Bakıya DƏVƏT ETDİ
Azərbaycan Ermənistanı СОР29-a dəvət edib.
Azlist.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən II Qlobal Media Forumuna bildirib.
Hikmət Hacıyev COP29-un prezidenti Muxtar Babayevin Ermənistan xarici işlər nazirinə rəsmi dəvət məktubu ünvanladığını nəzərə çatdırıb:
"Biz Ermınistanı rəsmən COP29-a dəvət etmişik. İki ölkə arasında diplomatik münasibətlərin olmadığı halda bu dəvət Azərbaycanın xoş iradəsini və inklüziv yanaşmasını göstərir. İndi Ermənistan hakimiyyətinin qərar qəbul etməsi zamanı çatıb".
Beynəlxalq iqlim təhlükəsizliyi sammiti - СОР29 bu il noyabrın 11-22-də Bakıda keçiriləcək.