Xəbər Xətti

Laçında itkin düşən hərbçilərin cəsədi TAPILDI

Laçında itkin düşən hərbçilərin cəsədi TAPILDI
5Avqust 202417:19

2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən hərbçilərin meyitləri aşkarlanıb.

Azlist.az xəbər verir ki, Report-un məlumatına görə, Abdullayev Firdovsi Mayis oğlu və Məmmədov Fərid Əjdər oğlunun meyit qalıqları Kəlbəcər rayonunun İstisu qəsəbəsindəki Yüzbulaq yaylağında aşkarlanıb. 

Abdullayev Firdovsi Mayis oğlu avqustun 8-i Gəncə şəhəri Şəhidlər xiyabanında, Məmmədov Fərid Əjdər oğlu Ağdam rayonu Orta Qərvənd kəndində dəfn ediləcək.

 Qeyd edək ki, 2022-ci ilin martın 3-də Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azaraq itkin düşüblər.