Xəbər Xətti

Paris Olimpiadasında medal qazanmış idmançılar və məşqçiləri mükafatlandırılıb

Paris Olimpiadasında medal qazanmış idmançılar və məşqçiləri mükafatlandırılıb
13Avqust 202415:30

XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançıları və onların məşqçiləri təltif olunub. 

Azlist.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncama əsasən, aşağıda adıçəkilən şəxslər təltif edilib: 

“Şöhrət” ordeni ilə

Heydərov Hidayət Minayət oğlu

Kotsoiev Zelim Oleqoviç

Məmmədov Elxan Əbülfəz oğlu

Trautmann Riçard 

1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə 

Həsənov Tərlan Əliheydər oğlu 

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə 

Alfonso Dominguez Loren Berto Berto

Maqomedov Qaşim Maqomed oğlu 

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə 

Cəfərov Həsrət Valeh oğlu

Qiorqi Meşvildişvili Kaxa oğlu

Maqomedov Maqomedxan Maqomedoviç 

3-cü dərəcəli “Əmək” ordeni ilə 

Abdullayev Məmməd Kamil oğlu

Əliyev Həsən Həsən oğlu

Qazyumov Xetaq Ruslanoviç

Məmmədov Anar Vahid oğlu

Paşayev Niyaməddin Vaqif oğlu

Roque Otano Pedro

Tarakanov Aleksandr Petroviç 

“Tərəqqi” medalı ilə 

Qokşelidze Georgi

Əliyev Əli İman-Murzayeviç.

***

Prezidentin digər sərəncamı ilə Paris Olimpiadaslnda Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatlar müəyyən edilib. 

Belə ki, birinci yeri tutan hər bir idmançıya 400 000 (dörd yüz min) manat, onun məşqçisinə 200 000 (iki yüz min) manat, ikinci yeri tutan idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat, üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat veriləcək. 

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

 Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb.
Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.