Xəbər Xətti
Putinin Bakıdakı ziyafətdə nə yeyib-içdiyi məlum oldu - MENYU
Avqustun 19-da Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin şərəfinə dövlət ziyafəti verilib.
Azlist.az xəbər verir ki, Rusiyanın TASS Agentliyi Putinin şərəfinə verilən ziyafətdə süfrəyə təqdim olunan yemək və içkilərin siyahısını açıqlayıb.
Bildirilib ki, ali qonağın süfrəsinə badımcan ləvəngisi, göyərti və ət qutabı, kartofla qızardılmış çay foreli və təndirdə qızardılmış quzu əti verilib.
Menyuda həmçinin qara kürü, badımcan salatı, “ayranaşı” şorbası, qızardılmış düşbərə, yarpaq dolması, kükü assortisi, milli şirniyyat növləri olub.
Bundan başqa, süfrəyə Azərbaycan istehsalı olan "Savalan" və Meysəri" şərabları da təqdim olunub.