Rəsmi

Putin Əliyevlə Cənibi Qafqazdakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Putin Əliyevlə Cənibi Qafqazdakı vəziyyəti MÜZAKİRƏ ETDİ
28Avqust 202413:45

Vladimir Putin və İlham Əliyev Rusiya Prezidentinin Azərbaycana son dövlət səfərinin uğurlu nəticələrindən məmnunluq ifadə ediblər.

Azlist.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, avqustun 28-də Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Danışıq zamanı əldə olunmuş razılaşmaların ardıcıl surətdə həyata keçirilməsinin Rusiya-Azərbaycan müttəfiqlik və tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə töhfə verəcəyi vurğulanıb.

Dövlət başçıları Cənubi Qafqazdakı mövcud vəziyyətin müxtəlif aspektləri, o cümlədən Azərbaycan-Ermənistan sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və demarkasiyası, iki dövlət arasında nəqliyyat əlaqələrinin açılması məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Bununla əlaqədar, Rusiya tərəfi müvafiq qarşılıqlı məqbul həllərin işlənib hazırlanmasında Bakıya və İrəvana hər cür yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.

Prezidentlər arasında şəxsi təmasların davam etdirilməsi razılaşdırılıb.