Milli Məclisin sədri və müavinləri seçildi
Bu gün Milli Məclisin yeni tərkibdə ilk iclası keçirilib.
Azlist.az xəbər verir ki, iclasda Sahibə Qafarovanın Milli Məclisin sədrin postuna namizədliyi yenidən irəli sürülüb.
Deputatlar onun namizədliyini dəstəkləyiblər və Sahibə Qafarova VII Milli Məclisin sədri seçilib.
Sahibə Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.
Bugünkü iclasda VII çağırış Milli Məclis sədrinin müavinləri də seçilib.
Deputat Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini, deputatlar Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov sədrin müavinləri seçiliblər.
Qeyd edək ki, indiyədək Milli Məclis sədrinin üç müavini ( I müavin və iki müavin) olub.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.