Xəbər Xətti

Mübariz İbrahimovun atası VƏFAT ETDİ

Mübariz İbrahimovun atası VƏFAT ETDİ
16Oktyabr 202412:18

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib. 

Azlist.az xəbər verir ki, bu barədə Milli Qəhrəmanın qardaşı bildirib.

Şəhid atası bu gün infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ağakərim İbrahimov 2019-cu ildə damar tıxanıqlığı ilə əlaqədar açıq ürək əməliyyatı keçirmişdi.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində cəbhənin Tərtər rayonu istiqamətində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqelərinə hücum etmişdi.
O, düşmənlə qeyri-bərabər döyüşdə çox sayda erməni hərbçisini məhv etmiş, düşmənlə 5 saat təkbətək döyüşmüşdü. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olmuşdu.
Azərbaycan Prezidenti İlham Əliyev gizir Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonar "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam imzalayıb.