Rəsmi

Əliyev Paşinyanla görüşdü - Nazirlərə sülh sazişinə dair tapşırıq verildi

Əliyev Paşinyanla görüşdü - Nazirlərə sülh sazişinə dair tapşırıq verildi
24Oktyabr 202417:15

Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

Azlist.az xəbər verir ki, görüş barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.