Xəbər Xətti

Prezident onlara general rütbəsi verdi - SƏRƏNCAM

Prezident onlara general rütbəsi verdi - SƏRƏNCAM
7Noyabr 202417:36

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib.

Azlist.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncama əsasən, general-leytenant Hikmət İzzət oğlu Mirzəyevə “general-polkovnik”, polkovniklər Ələkbər Məhəmməd oğlu Cahangirova, Gündüz Əliş oğlu Əbdülova, Azər Əlövsət oğlu Qasımova “general-mayor”, ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə “ədliyyə general-mayoru” rütbəsi verilib.