Xəbər Xətti
Azərbaycan səfiri İran XİN-ə ÇAĞIRILDI
Azərbaycan Respublikasının Tehrandakı səfiri Əli Əlizadə bu gün axşam saatlarında İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Azlist.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Səfirin XİN-ə çağrılmasına "Azərbaycan mediasında İran əleyhinə təbliğatın aparılması" səbəb kimi göstərilib.
İran XİN-i səfir Əli Əlizadəyə vəzifəli şəxslərin bəyanatlarında və kütləvi informasiya vasitələrində İslam Respublikası və rəsmilərinə qarşı kampaniyaya görə etiraz notasının təqdim olunduğu bildirilir.