Prezident onlara Milli Qəhrəman adı verdi
Prezident İlham Əliyev ”Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Azlist.az-ın məlumatına görə, Sərəncama əsasən, qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Azərbaycanın Milli Qəhrəmanı” adı ilə:
Kşnyakin İqor İvanoviç (ölümündən sonra)
Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra)
Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra)
1-ci dərəcəli “Rəşadət” ordeni ilə:
Əsədov Zülfiqar Sərdar oğlu
Rəhimli Aydan Vaqif qızı.